İranda son 24 saat ərzində yeni növ koronavirusdan 63 nəfər ölüb. SİA xəbər verir ki, ölənlərin sayı ümumi sayı 354-ə çatıb.
İranın dövlət televiziyasında çıxış edən Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Kiyanuş Cihanpur bu barədə məlumat verib. O bildirib ki, ölkədə virusa yoluxanların sayı isə 9000-ə çatıb.
Eyni zamanda əlavə edib ki, 2959 nəfərin müalicəsi bitdikdən sonra evə buraxılıb.
Qeyd edək ki, İranda ilk dəfə koronavirus fevralın 19-da Qum şəhərində aşkarlanıb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB