Qəddafi “bəli” dedi

Liviya lideri Muammar Qəddafi Afrika Birliyinin təqdim etdiyi yol xəritəsini qəbul edib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Afrika Birliyinin üzvləri olan Cənub Afrika Respublikası, Uqanda, Mavritaniya, Konqo və Malinin dövlət başçılarının təşkil etdiyi nümayəndə heyətinin Qəddafi ilə görüşündən sonra belə bir açıqlama verilib. Açıqlamanı isə nümayəndə heyətinə rəhbərlik edən Cənub Afrika Respublikasının prezidenti Jakob Zuma səsləndirib.

 

"Qardaş lider Qəddafi ilə görüşümüzü tamamladıq" deyə Zuma üsyançılarla görüşmək üçün Bengaziyə gedəcəklərini söyləyib. Afrika Birliyinin Qəddafiyə təqdim etdiyi yol xəritəsində isə Türkiyənin irəli sürdüyü təcili atəşkəs, humanitar yardım və yeni siyasi danışıqların aparılmasının nəzərdə tutulduğu 3 maddəlik sülh planı yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə