Bayden liderliyi ələ keçirib PRAYMERİZ

Bayden liderliyi ələ keçirib PRAYMERİZ

ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden çərşənbə axşamı Aydaho ştatında keçirilən demokratların ilkin seçkilərində (praymeriz) özünün qələbəsini sığortalayıb. SİA-nın məlumatına görə, bu qiyməti “The “New York Times” qəzeti verib.

Nəşrə görə, Bayden Aydahoda 48% səs toplayacaq. Onun əsas rəqibi – Vermont ştatından olan senator Berni Sanders isə 42,5%-lə kifayətlənməli olacaq. Bu rəqəmlər 80% məntəqələrdən gələn məlumatlar əsasında verilib.

Qeyd edək ki, ABŞ-ın Demokratlar partiyası ötən gün Aydaho, Miçiqan, Missisipi, Missuri və Vaşinqton ştatlarında ilkin seçkilər keçirib, eləcə də partiya fəalları Şimali Dakota ştatında iclasa (kokusa) toplaşıblar. Bayden ştatların dördündə qalib olub. Belə ki, Vaşinqton və Şimali Dakotadakı səslərin nəticələri bəlli deyil.

Ötən günkü səsvermələrə qədər Bayden onu dəstəkləyən deleqatların sayına görə lider olub. O, 670, Sanders isə 574 səs toplayıb. Əgər kokuslar və prayemerizlər də nəzərə alınarsa, bu zaman sabiq vitse-prezidentin üstünlüyü Vermont ştatından olan rəqib senatorun 663 səsinə qarşı 823 deleqata qədər yüksəlir.

Bildirilir ki, prezidentliyə namizədlik üçün demokratların Vikonsi ştatının Milioki dairəsində keçiriləcək milli qurultayında (13-16 iyul) namizəd deleqatların 1991 səsini qazanmalıdır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə