Türkiyə şirkəti Özbəkistan iqtisadiyyatına sərmayə qoyacaq 2 milyard

Türkiyə şirkəti Özbəkistan iqtisadiyyatına sərmayə qoyacaq  2 milyard

Türkiyənin “Renessas Holdinq” mühəndislik və tikinti şirkəti Özbəkistan iqtisadiyyatına 2 milyard dollar həcmində sərmayə qoyacaq. SİA xəbər verir ki, “Renessas Holdinq” Daşkənd, Səmərqənd və Fərqanə şəhərlərində müasir çoxprofilli klinikalar tikəcək. Tibb müəssisələri hazır olduqdan sonra Türkiyə tərəfi bu klinikaların idarə olunmasında yaxından iştirak edəcək. Bu klinikalarda yüksək ixtisaslı tibb kadrlar da hazırlanacaq.

Bundan başqa, şirkət Daşkənd şəhərinin metallurgiya müəssisələrinin bazasında ildə 60 milyon ton məhsul istehsal edən iki müasir mis-mədən fabriki tikməyi də öhdəsinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə