ABŞ iqtisadiyyatının neft bazarının çökməsi, neftin qiymətinin ucuzlaşması səbəbindən böyük problemlər proqnozlaşdırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, belə bir məyus proqnozu “Strategas Research Partners” analitiki Tomas Sitsuris verib.
Onun proqnozlarına görə, martın 9-da neft bazarının düşməsi ABŞ iqtisadiyyatına ciddi təsir göstərə bilər. Analitik həmçinin, kotirovkaların azalmasının ABŞ-ın borc bazarında qeyri-sabitliyə səbəb ola biləcəyini də qeyd edib.
“Bəzi "simptomlar" artıq müşahidə oluna bilər. Xəzinə istiqrazları üzrə gəlir ciddi şəkildə azalıb, investorlar investisiyalarını qorumağa çalışırlar”, deyə analitik ayrı-ayrılıqda neft sektorunda fəaliyyət göstərən şirkətlərin yüksək borc yükünə işarə edib.
Bir müddət əvvəl məlum olub ki, neft qiymətləri kəskin enmədən sonra tədricən bərpa olunmaqda davam edir. Brent markalı qarışıqın qiyməti 4% artaraq bir barel üçün 38.72 dollara çatıb. Öz növbəsində WTI markası da 3,26% "bahalaşıb" və bir barel üçün 35.48 dollar səviyyəsinə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB