Liviya Milli Ordusunun marşalı Xəlifə Həftər Almaniya kansleri Angela Merkelin dəvəti ilə Berlinə yollanıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Liviya hərbi mənbəyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, "Həftər Merkelin rəsmi dəvəti ilə Berlinə gedib". Bundan əvvəl Liviyadakı hərbi mənbəyi RİA Novosti-yə bildirmişdi ki, bazar ertəsi günü Həftər Parisə rəsmi səfər edib. Daha sonra pan-ərəb qəzeti "Əl-Şərq əl-Avsat" Həftərin Fransa Prezidenti Emanuel Makronun Milli Saziş Hökuməti ilə sülh sazişi imzalamağa hazır olduğunu bildirmişdi.
Xatırladırıq ki, 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviya vahid bir dövlət olaraq fəaliyyətini dayandırıb. Artıq ölkədə ikili hakimiyyət hökm sürür. Xalqın seçdiyi məclis şərqdə, qərbdə isə, paytaxt Tripolidə, BMT və Avropa Birliyinin dəstəyi ilə qurulan Milli Razılıq Hökuməti öz qaydalarını yerinə yetirir. Ölkənin şərq bölgəsinin hakimiyyəti Tripolidə müstəqil şəkildə fəaliyyət göstərir və marşal Xəlifə Həftərın ordusu ilə əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB