AŞPA koronavirus təbili çalır Tədbirlər təxirə salındı

AŞPA koronavirus təbili çalır Tədbirlər təxirə salındı

Avropa Şurası Parlament Assambleyası bütün tədbirləri təxirə salıb. SİA xəbər verir ki, bu qərar AŞ PA tərəfindən koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə alınıb.

Belə ki, AŞ PA-nın iclasları, eləcə də qurumun alt komitələrinin tədbirləri təxirə salınan tədbirlər sırasında yer alıb.

Bundan əvvəl Avropa Şurasının Venesiya Komissiyasının iclasları da təxirə salınmışdı.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə