Ermənistanın sabiq prezidenti Robert Koçaryanın və digərlərinin məhkəmə iclası təxirə salınıb. SİA erməni mətbuatına istinadən xəbər verir ki, iclasın təxirə salınması Koçaryanın hazırda xəstəxanada müalicə alması ilə əlaqədardır.
Hakim Anna Danibekyan “Erebuni” tibb mərkəzinə yerləşdirilən keçmiş prezidentin vəziyyətinin məhkəməyə gətirilməsinə imkan vermədiyini deyib.
Növbəti proses martın 17-nə təyin edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB