İranda ölənlərin sayı 290-a çatıb

İranda ölənlərin sayı 290-a çatıb

İranda koronavirusdan ölənlərin sayı 290-a çatıb və bu virusa yoluxduğu təsdiqlənən xəstələrin sayı 8 mindən yuxarıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son sutkada ölkədə koronavirusdan ölənlərin sayı 54 nəfər, ümumilikdə isə bu rəqəm 291 təşkil edir.

Sözügedən virusa yoluxduğu təsdiqlənən şəxslərin sayı isə 8042 nəfər təşkil edir.

Qeyd edək ki, İran koronavirusun qurbanlarının sayına görə Çin və İtaliyadan sonra üçüncü yerdədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə