NATO Suriyada Türkiyəyə kömək etmək niyyətində deyil. SİA xarici mətbuata istinadən xəbər verir ki, alyansın baş katibi Jens Stoltenberg, Türkiyə liderinin Suriyadakı hadisələrlə bağlı kömək istəyinə cavab olaraq Ankaraya, Moskva ilə razılaşdırdığı İdlibdəki atəşkəsdən faydalanmağı və humanitar yardımın verilməsini təşkil etməyi tövsiyə edib. Bir sözlə, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə kömək etməkdən imtina edib.
Stoltenberg ən çox qaçqın qəbul etdiyi üçün Türkiyənin Suriyadakı qarşıdurmadan ən çox zərər çəkdiyini də bildirib. Amma vurğulayıb ki, NATO hava hücumundan müdafiə sistemləri ilə təmin etməklə artıq kifayət qədər kömək edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB