Polşada kütləvi tədbirlər ləğv olundu

Polşada kütləvi tədbirlər ləğv olundu

Polşada, koronavirus xəstəliyi səbəbindən bütün kütləvi tədbirlər ləğv edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazir Mateuş Moraveçski bildirib.

Onun sözlərinə görə, koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün Polşa hakimiyyəti bütün ictimai tədbirləri ləğv etmək qərarına gəlib.

Xatırladaq ki, Polşada ilk koronavirus infeksiyası martın 1-də qeydə alınıb. Xəstəlik bir Alman vətəndaşında təsbit edilib. Hal-hazırda ölkədə 18 təsdiqlənmiş COVID-19 hadisəsi qeydə alınıb, 450-dən çox insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib və minə yaxın insan ev karantinindədir.

Bundan əvvəl Polşa hakimiyyəti Almaniya və Çexiya ilə sərhəddə gecə-gündüz sanitariya nəzarəti tətbiq edib. Polşanın baş sanitar müfəttişi mindən çox insanın qapalı yerə toplaşdığı kütləvi tədbirlərin təşkilindən imtina etməyi tövsiyə edib. Koronavirus səbəbiylə Respublika Prezidenti Andjey Duda, may ayında keçirilməsi planlaşdırılan prezident seçkiləri öncəsi seçki kampaniyası çərçivəsində vətəndaşlarla kütləvi görüşlər keçirməkdən imtina edib. Buna bənzər qərar digər bir sıra siyasətçilər tərəfindən də qəbul edilib.

Bununla yanaşı Polşada prezident seçkilərinin təxirə salınmasının mümkünlüyü barədə məlumat yoxdur. Bu ehtimalın da istisna edilmədiyi qeyd olunur. Ölkədə koronavirusla bağlı vəziyyətin "İtalyan ssenarisinə" uyğun olaraq inkişaf etdiyi bir vəziyyət var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə