Fransada koronavirusun qurbanları artıb

Fransada koronavirusun qurbanları artıb

Fransada koronavirus qurbanlarının sayı 30 nəfərə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı ölkənin Baş Səhiyyə Müdirliyinə istinadən məlumat verib.

Məlumata görə, Fransada artıq 30 nəfər koronavirusdan ölüb. Qeyd olunur ki, ölənlərin əksəriyyəti yaşlı insanlar olub, hansıki, yoluxucu xəstəliklər buna səbəb olub.

Xatırladırıq ki, Fransada yeni bir koronavirusdan ilk ölüm fevralın sonlarında Parisdə qeydə alınıb. Son məlumatlara görə, Fransada 1,4 mindən çox insan COVID-19 virusuna yoluxub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə