Şimali Kipr Türk Respublikasında bir nəfərdə yeni növ koronavirus aşkar edilib. Koronavirus diaqnozu qoyulan şəxsin alman əsilli olduğu söylənib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Əli Pilli Almaniyadan gələn 65 yaşlı qadın turistdə yeni növ koronavirus aşkarladığını açıqlayıb.
Pilli Türk Agentliyi Kiprə etdiyi açıqlamada Almaniyanın Balingen şəhərindən 30 nəfərlik turist qrupunun xüsusi xidmət tərəfindən Gazimağusadakı bir otelə aparıldığını söyləyib.
Nikosiya Burhan Nalbantoğlu Dövlət Xəstəxanasına aparılan 65 yaşlı qadın turistdə koronavirus testinin müsbət olduğunu bildirən Pilli, turist qrupunun yerləşdiyi Gazimağusadakı otelin də karantinə alındığını bildirib.
Yoluxmuş turistlərin ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu və müalicələrinin davam etdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB