Virusdan ölənlərin sayı 3,1 min nəfəri keçib

Virusdan ölənlərin sayı 3,1 min nəfəri keçib

Çində yeni koronavirus ilə yoluxma hallarının sayı 80 754-ə çatıb, onlardan 3136-sı dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onlardan 60 minə yaxını sağalıb və xəstəxanalardan buraxılıb. Bu barədə Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

"Səhiyyə Nazirliyinin məlumatına görə, 31 əyalətdə 80,754 yoluxma hadisəsi qeydə alınıb, hazırda xəstələnən 17,721 nəfərin müalicəsi davam edir, 3113 nəfər ölüb", dövlət komitəsinin açıqlamasında bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə