Dünyada koronavirusun yayılması ilə bağlı son faktlar - STATİSTİKA

Dünyada koronavirusun yayılması ilə bağlı son faktlar - STATİSTİKA

Son günlər gündəmi ən çox məşğul edən koronavirus epidemiyası ilə əlaqədar dünyada son vəziyyət necədir? Ümumdünya Səhiyyə Təşkilatı bu gedişlə koronavirusun pandemiya ola biləcəyini açıqlayıb. SİA-nın məlumatına görə ölkələr üzrə yoluxma və ölüm sayları aşağıdakılar kimidir:

- İtaliyada bir gündə 97 adam ölüb, yoluxmaların sayı 1800 nəfərə yüksəlib. Ölkə karantin altına alınıb.
- Son 24 saat ərzində İranda koronavirus səbəbiylə daha 43 nəfər ölüb və 600 yeni hadisə görülüb. Ölkədəki yoluxmaların sayı 7 min 161 nəfərə yüksəlib.

- Almaniyada ilk ölüm: 2 nəfər ölüb. Ölkədə yoluxmaların sayı 136-ya yüksəlib.

- Danimarkada 55 yeni yoluxma görülüb.

- Son 24 saat ərzində İspaniyada 7 ölüm hadisəsi baş verib, 88 yeni yoluxma hadisəsi görülüb.

- Hollandiyada 77 yeni yoluxma və 2 ölüm hadisəsi baş verib.

- Fransada daha iki nəfər koronavirus səbəbiylə ölüb. Hər il Parisdə 20 milyon insan ziyarət edən Disneylendin bir işçisində koronavirus testi müsbət olub.

-Cənubi Kiprdə ilk yoluxma halı aşkarlanıb.

- Səudiyyə Ərəbistanı, ölkəyə girdikdən sonra sağlamlığı haqqında yanlış məlumat verənlərin 500 min rial cərimə ediləcəyini açıqlayıb.

- Bununla birlikdə Avropada koronavirusdan ölənlərin sayı 515 nəfərə yüksəlib.

Çin materikindən kənarda, Makao Xüsusi İnzibati Bölgəsində yoluxma sayının 10 olduğu bildirilərkən, Honk Konkda bu halların sayı 114 nəfərə yüksəlib.

Bundan əlavə, xarici ölkələrdən Çinə gələn və Çin hakimiyyəti tərəfindən "idxal" adlandırılan xarici vətəndaşlar tərəfindən müəyyən edilən yoluxma hallarının sayı son 24 saatda 4 nəfər artaraq 67 nəfərə çatıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə