Fransanın mədəniyyət naziri Frank Rister koronavirus COVID-19-a yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlik Aparatı məlumat yayıb. "Nazirdən götürülən qan nümunəsi bu gün müsbət nəticə verdi (koronavirus üçün - red.)", məlumatda deyilir.
Qeyd edilir ki, nazir hazırda Parisdəki evində dincəlir, özünü yaxşı hiss edir. Məlumata əsasən, Rister keçən həftə Milli Assambleyada görüşlər keçirib. Hazırda Fransada beş deputatda koronavirus qeydə alınıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB