Meksikanın “Aeromexico” şirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib

Meksikanın “Aeromexico” şirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib

Meksikanın paytaxtı Mexiko şəhərindən Seula uçan və Meksikanın "Aeromexico" şirkətinə məxsus sərnişin təyyarəsi Meksikanın şimalındakı Tixuana hava limanına təcili eniş edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Milenio" qəzeti öz saytında yazıb. Məlumata görə, təyyarə texniki problemlər səbəbindən enib. "Üç saat gözlədikdən sonra məsələnin mexaniki nasazlıqlar olduğunu öyrəndik, sonra bizi otelə gətirdilər", məlumatda belə deyilir.

Hazırda şirkət işçiləri təyyarəni yoxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə