ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri martın 10-da Brüsselə səfər edəcək və burada NATO müttəfiqləri ilə Suriyanın İdlib vilayətindəki vəziyyəti, eləcə də Türkiyəyə dəstək ehtimalını müzakirə edəcək.
SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti açıqlama yayıb.
“Xüsusi nümayəndə Ceffri NATO-nun qərargahına baş çəkəcək. Burada İdlib böhranının NATO üçün fəsadlarını və təhlükəsizlik baxımından Türkiyəyə dəstək yollarını müzakirə etmək üçün müttəfiqlərlə görüşəcək”, - deyə açıqlamada qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB