Kanadada oteldə silahlı insident nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb

Kanadada oteldə silahlı insident nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb

Kanadanın Hamilton (Ontario əyaləti) şəhərində oteldə silahlı insident baş verib. Atışma nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə CBC televiziya kanalı məlumat yayıb.

Hadisə bazar ertəsi səhər baş verib. Ölənlərdən biri kişi, digəri isə qadındır. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş verdiyi otel hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb.

Polis hadisənin səbəblərini müəyyənləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə