Gürcüstanda iqtidar və müxalifət parlament seçkilərinin şərtləri barədə razılığa gəlib

Gürcüstanda iqtidar və müxalifət parlament seçkilərinin şərtləri barədə razılığa gəlib

Gürcüstanda hakimiyyət və müxalifət təmsilçiləri 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi barədə razılığa gəlib.

SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında parlamentin Sədri Arçil Talakvadze bildirib.

İmzalanmış Memoranduma əsasən, bu il keçiriləcək parlament seçkilərində 150 deputatdan 120-i proporsional qaydada (partyia siyahısı ilə), 30-u isə majoritar qaydada seçiləcək. Seçkilərdə baryerin 5 faizdən 1 faizə endirilməsi barədə də razılıq əldə olunub.

Qeyd edək ki, Gürcüstanın hazırda qüvvədə olan Konstitusiyasına əsasən, 77 deputat proporsional qaydada, 73 deputat majoritar qaydada seçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə