İtaliya hökuməti ölkənin şimalındakı ictimai iaşə, xidmət və istirahət məkanlarını qapayıb

İtaliya hökuməti ölkənin şimalındakı ictimai iaşə, xidmət və istirahət məkanlarını qapayıb

İtaliya hökuməti ölkənin koronavirus yayılan şimal bölgəsindəki bütün ictimai iaşə, xidmət və istirahət məkanlarının qapadılması barədə göstəriş verib. Qərar martın 8-də Baş nazir Cüzeppe Konte tərəfindən imzalanıb.

SİA xəbər verir ki, qərara əsasən, ölkənin şimalındakı kinoteatrlar, teatrlar, muzeylər, bar və restoranlar, məktəblər, əyləncə məkanları bağlı olacaq. Bütün idman yarışları təxirə salınıb, bəzi istisna hallarda oyunlar qapalı yerlərdə keçiriləcək.

Daha əvvəlki qərarla bütün təhsil obyektləri bağlanmışdı. Hazırda ölkə üzrə 15 milyon adam karantinə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə