Çinin ticarət dövriyyəsi 11 faiz azalıb

Çinin ticarət dövriyyəsi 11 faiz azalıb

Cari ilin yanvar və fevral aylarında Çinin xarici ticarət dövriyyəsi 11 faiz azalaraq 591,9 milyard dollar təşkil edib. SİA-nın verdiyi məlumata görə, bu barədə ÇXR-nın Baş Gömrük İdarəsi məlumat verib.

Qurumun saytında dərc edilən məlumatlardan göründüyü kimi, ölkə ixracatı illik hesablamada 17,2 faiz azalıb və 292,4 milyard dollar təşkil edib. İdxal isə 4 faiz azalaraq 299,5 milyard dollar həddinə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə