İsrail hava qüvvələri Qəzzaya növbəti hava hücumları təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aralarında qadın və uşaqların da olduğu 14 adam həyatını itirib.
Bununla da son üç gündə ölən fələstinlilərin sayı 26-ya çatıb. Yaralananların sayının isə 100-dən çox olduğu bildirilir. İsrailin bombaladığı yerlər arasında 2 məscid, 1 təcili yardım mərkəzi və çoxlu sayda ev var. Ölü və yaralı sayının artmasından narahatlıq ifadə olunur.
Ekspertlər isə hesab edir ki, islam dünyası xalq qiyamları ilə məşğul olduğu bir vaxtda İsrail fürsətdən istifadə edərək qırğınlar törədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB