Misirdə Nil çayında üzən səyahət gəmisinin 12 sərnişində koronavirus aşkar edilib. Bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Asuandan Luksora gedən turistlər arasında virusu Tayvan mənşəli ABŞ vətəndaşı yayıb. Dünya Səhiyyə Təşkilatının yerli nümayəndəsi də 12 nəfərin COVID-19 virusuna yoluxduğunu təsdiqləyib.
Nazirlik bildirib ki, göyərtədə olan 14 nəfərdən ikisinin və gəmi heyətinin analizi onların sağlam olduğunu göstərib. Qalan 12 nəfər isə xəstəxanada karantin altına alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB