İranda ölənləri sayı 124-ə qalxdı

İranda ölənləri sayı 124-ə qalxdı

İranda daha 17 nəfər koronavirusdan ölüb. SİA xəbər verir ki, ümumilikdə 124 nəfər virusdan həyatını itirib, 4774 nəfər isə virusa yoluxub.

İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Kiyanuş Cihanpur verdiyi açıqlamada koronavirus səbəbiylə həyatını itirənlərin sayının 107-dən 124-ə qalxdığını bildirib.

Yoluxma hallarına ən çox Tehran, Gilan, Qum, Qəzvin, Elburz və İsfahanda rast gəlindiyini deyən Cihanpur, xəstəxanalarda 15 981 insanın müalicə aldığını və 913 nəfərin sağaldığını bildirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə