Bütün dünya üzrə koronavirusa yoluxanların sayı 100 min nəfəri keçdi. SİA xəbər verir ki, bu barədə TASS agentliyi infeksiya hallarının aşkarlandığı səkkizdən çox dövlətin rəsmi açıqlamaları ilə bağlı agentliyin topladığı statistikaya istinadən məlumat verib.
Göstərildiyi kimi, yoluxanların yarısından çoxu, yəni təxminən 55 min insan sağalıb və tibb müəssisələrindən buraxılıb.
Xatırladaq ki, 31 dekabrda Çin Ümumdünya Səhiyyə Təşkilatına bilinməyən bir növ pnevmoniyanın ortaya çıxması barədə məlumat verib. Xəstəliyin törədicisi yeni bir koronavirusdur. Çində yoluxanların sayı 80,5 min nəfəri keçib, 3042 nəfər ölüb, 53,7 mindən çox insan sağalmağı bacarıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB