Avropa Birliyi, koronavirusla əlaqədar araşdırmalara, o cümlədən COVID-19 əleyhinə bir peyvəndin hazırlanmasına dair tədqiqatlara ayrılan maliyyənin miqdarını artıracaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə AB nümayəndəsi Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, xüsusilə, artım 37,5 milyon avro olacaq.
"Komissiya koronavirusla bağlı araşdırmalar üçün maliyyəni artırır. Peyvəndlərin hazırlanması, diaqnostika və müalicə ilə əlaqədar araşdırmalar üçün əlavə 37.5 milyon avro ayrılıb. Bu maliyyə tibbi sistemlər də daxil olmaqla 17 layihə üzərində işləməyi təmin edəcək", deyə AB nümayəndəsi bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB