Almaniya İdliblə bağlı danışıqları yüksək qiymətləndirir

Almaniya İdliblə bağlı danışıqları yüksək qiymətləndirir

Almaniya hökuməti Suriyadakı vəziyyətlə əlaqədar Almaniya, Rusiya, Fransa və Türkiyə dövlət və hökumət başçılarının iştirakı ilə dördlükdə keçirilməli görüşə əvvəlki kimi hazırdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə Almaniya hökumətinin mətbuat katibi Steffen Seibert bildirib.

Alman tərəfinin belə bir görüşə hazır olduğunu dəfələrlə ifadə edən Seibert, "Bundan əlavə, İdlibdəki bu fəlakətli vəziyyətdən dinc bir siyasi yolla danışıqlar aparmağa hazırıq", deyib.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan arasında Suriyanın İdlib əyalətindəki kəskinləşmə ilə bağlı danışıqlar cümə axşamı Moskvada keçirilib. Görüşdən sonra ortaq sənəd qəbul edilib. Tərəflər "Astana formatı"na sadiq olduqlarını bir daha təsdiqləyiblər və gecə yarısından atəşkəs rejiminin tətbiq olunduğunu elan ediblər. Bundan əlavə, tərəflər hazırda yaraqlıların nəzarətində olan M4 magistral yolunu birgə patrul etmək barədə razılığa da gəliblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə