ABŞ-ın Tunisdəki səfirliyi yaxınlığında partlayış baş verib. SİA "TASS"a istinadən xəbər verir ki, səfirliyin yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər yaralanıb.
Xəsarət alan şəxslərin polis olduğu məlumatda qeyd olunur. Belə ki, partlayışın səfirliyin binası ətrafında dolanan terrorçu şəxslər tərəfindən törədildiyi məlum olub. Terrorçu-kaminkadzelər polis əməkdaşlarının yaxınlığında partlayıcı qurğunu işə salıblar.
Partlayış baş verən ərazidə ABŞ-ın səfirliyi də daxil olmaqla bir neçə dövlətin diplomatik nümayəndəliyi yerləşir.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB