Metroda partlayış baş verib

Kiyev metrosunda partlayış baş verdiyi barədə xəbər yayılıb. SİA Korrespondent.net-in məlumatına istinadən xəbər verir ki, hadisə “Vokzalnaya” stansiyasında baş verib.

Mediada yayılan məlumatlara görə, qatarın dayanması zamanı naməlum bir obyekt partlayıb. Vaqonda tüstü müşahidə olunub, sərnişinlər çaxnaşma içində qatarı tərk ediblər.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə