Koronavirus barədə statistika açıqlandı

Koronavirus barədə statistika açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində dünyada 2241 yeni koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alıb. SİA TASS agentliyinə istinadən xəbər verir ki, gün ərzində yalnız 143 yoluxma hadisəsi Çinin payına düşür.

Hal-hazırda dünyada 95.333 yoluxma hadisəsi təsdiqlənib ki, onlardan 80 565-i Çində, 14 768-i isə bu ölkədən xaricdə qeydə alınıb. Bununla yanaşı koronavirus qurbanlarının sayı Çində 3015, bu ölkədən xaricdə isə 267 nəfərdir.

Artıq epidemiya Avropaya da yayılıb. Avropa ölkəsi olaraq İtaliyada ən çox yoluxma hadisəsi baş verib. Bununla belə, Fransada artıq 420 yoluxma hadisəsi qeydə alınıb.

İranda isə parlamentin 23 deputatı bu xəstəliyə tutulub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə