Tramp koronavirusun ABŞ iqtisadiyyatına zərər verə biləcəyini etiraf edib. SİA xəbər verir ki, bu barədə “İnterfaks” ABŞ prezidenti Trampın sözlərini sitat olaraq yayımlayıb.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp ABŞ-da koronavirusun yayılmasının Birləşmiş Ştatların iqtisadiyyatına zərər verə biləcəyini söyləyib. "Bu, əlbəttə, mənfi nəticələrə səbəb ola bilər", deyə Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, infeksiyaya qarşı mübarizə üçün bütün tədbirlər görülür, buna görə "hər şey işləməlidir".
Birləşmiş Ştatların prezidenti epidemiyanın uzun sürməyəcəyinə ümid etdiyini də bildirib.
"Biz var olanı peşəkarcasına edirik. Heç kim bizi koronavirusda günahlandırmır", deyə Tramp bildirib.
Qeyd edək ki, hazırda ABŞ-da 232 koronavirus xəstəliyi qeydə alınıb, 12 nəfər ölüb.
Bununla birlikdə koronavirus hadisələrinin böyük əksəriyyətinin dörd ölkədə: Çin, Cənubi Koreya, İtaliya və İranda olduğu bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB