ABŞ Rohinca qaçqınlarına əlavə 59 milyon dollar humanitar yardım ayırıb
ABŞ Myanma və Banqladeşdəki Rohinca qaçqınlarına əlavə 59 milyon dollar humanitar yardım ayırıb.
SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.
“Martın 3-də ABŞ Rohinca qaçqınlarına və onları Banqladeşdə qəbul edən cəmiyyətlərə, həmçinin daxildə köçürülmüş şəxslərə və Myanmada mənəvi təsir görmüş digər icmaların üzvlərinə 59 milyon dollardan çox əlavə humanitar yardım ayrıldığını elan etdi”, - sənəddə belə deyilir.
ABŞ Xarici İşlər Nazirliyi bildirir ki, bu vəsait 900 mindən çox insana kömək məqsədilə nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB