Hindistan-AB Brüssel sammiti koronavirusun yayılması səbəbiylə ləğv edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Raviş Kumar brifinqdə bildirib.
Qeyd olunur ki, Hindistanın baş naziri Narendra Modi, koronavirusun yayılması səbəbiylə təxirə salınan Hindistan-AB sammiti üçün Brüsselə getməyəcək.
"Baş nazir Modinin də iştirak edəcəyi gözlənilən Hindistan-AB sammitinə gəlincə, hər iki ölkənin səhiyyə orqanları, səfərlərin hazırda edilməməsini təklif edib. Beləliklə, sammitin daha uyğun bir tarixə dəyişdirilməsi qərara alınıb", deyə nazirliyin rəsmi nümayəndəsi qeyd edib.
Xatırladırıq ki, AB-Hindistanın on beşinci sammiti 13 mart 2020-ci il tarixinə təyin edilmişdi. AB sammitdə Avropa Şurasının prezidenti Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən təmsil olunmalı idi. Sammitdə ticarət və investisiya, enerji, iqlim, miqrasiya və digər mövzularda müzakirələrin aparılması planlaşdırılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB