Nigeriyada Lassa qızdırması sürətlə yayılır - 11 nəfər ölü

Nigeriyada Lassa qızdırması sürətlə yayılır - 11 nəfər ölü

Qərbi Afrika Nigeriya ölkəsində, son bir həftədə, heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması xəstəliyi səbəbiylə 11 nəfər ölüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Nigeriya Xəstəliklərinə Nəzarət Mərkəzindən edilən açıqlamada, xəstəliyin ölkənin ən böyük şəhəri olan Laqos və paytaxt Abuja olmaqla 27 ölkəyə yayıldığı qeyd edilib.

Ölkədə 775 Lassa qızdırması yoluxmasının aşkarlandığı bildirilən açıqlamada, epidemiya səbəbiylə son bir həftədə 11 adamın həyatını itirdiyi ifadə edilib. İlin əvvəlindən bəri epidemiya səbəbindən ölkədə 129 nəfər ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə