Suriyanın Sarakeb şəhərində toqquşmalar dayandırılıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə həmin nəşrin bölgədə olan müxbiri məlumat verib.
Məlumata görə, Suriyanın Sarakeb şəhərində (İdlib əyaləti) toqquşmalar dayandırılıb, lakin müxaliflərin artilleriyası M5 magistral yoluna və Suriya ordusunun mövqelərinə atəş açmaqda davam edir.
Xatırladaq ki, cümə axşamı gecə Sarakeb uğrunda şiddətli döyüşlərdən sonra Azad Suriya Ordusunun bölmələri geri çəkilib, döyüş kəndin yaxınlığında davam edir. Şəhərin özündə isə Suriya ordusunun əlavə qüvvələri yerləşib.
Hökumətə bağlı hərbçilər çərşənbə axşamı və cümə axşamı gecəsi şəhərə girmək üçün uğursuz cəhdlər ediblər. Ərazidəki bir hərbi mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, hökümət ordusunun əsgərləri bütün hücumları dəf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB