Dünyada koronavirusa yoluxma hallarının çərşənbə gününə olan sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Honqkonqoun “South China Morning Post” nəşri yazıb.
Qeyd olunur ki, yoluxanların 80409 nəfəri Çinin materik hissəsinə aiddir. Çərşənbə günü ərzində digər ölkələrdə yoluxanların sayı artaraq 14482 nəfərə çatıb. Belə ki, bir sutka ərzində dünya üzrə 2514 yoluxma baş verib.
Cənubi Koreyada 5621 nəfər qeydə alınıb, 32 nəfəri ölüb, İtaliyada 3089 (çərşənbə axşamı onların sayı 2036 olub) nəfər qeydə alınıb, 107-i ölüb, İranda 2922 nəfər yoluxub, 92 nəfəri isə həyatını itirib.
Yaponiyada “Diamond Prinses” səyahət laynerinin heyəti və sərnişinləri isə 1001 nəfər olub, onlardan 12 nəfəri dünyasını dəyişib.
Fransada 285 yoluxmadan 4 nəfər ölüb, Almaniyada 240 nəfər yoluxub, ölüm halı qeydə alınmayıb, İspaniyada 151, Sinqapurda 112, Honqkonqda sə 104 nəfər yoluxub.
Bütünlükdə dünyada çərşənbə günü ərzində 3249 yoluxma hadisəsi yaşanıb və Çinin materik hissəsindən kənarda 268 nəfər həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB