Fransada 150 məktəb bağlı qalır

Fransada 150 məktəb bağlı qalır

Fransada koronavirusun yayılması səbəbindən təxminən 150 məktəb bağlı olaraq qalır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Təhsil Nazirliyinin rəhbəri Jan-Mişel Blanker belə deyib.

Onun sözlərinə görə səlahiyyətlilər ölkənin bütün təhsil müəssisələrini bağlamağı planlaşdırmırlar.
"Bu gün təxminən 150 təhsil müəssisəsi bağlı olaraq qalır, 35-40 min tələbə bunun təsirini hiss edir", deyə Blanker BFMTV efirində bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə