İdlibdə itkilər barədə məlumat yayıldı

İdlibdə itkilər barədə məlumat yayıldı

Türkiyə Müdafiə Nazirliyi Suriya ordusunun İdlibdə itki verdiyini xəbər verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, cümə axşamı günü Suriyanın İdlib bölgəsində Türkiyənin “Bahar Qalxanı” əməliyyatı zamanı Suriya ordusunun son bir gün ərzində itkisi barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Son 24 saat ərzində "Bahar qalxanı" əməliyyatı zamanı dörd tank, beş artilleriya qurğusu, üç tank əleyhinə silah, iki zirehli texnika, səkkiz hərbi maşın məhv edilib və 184 Suriya əsgəri zərərsizləşdirilib" deyə məlumatda bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə