Amerika Kosmik və Aviasiya Agentliyi (NASA), sivilizasiyaya son qoyacaq qədər böyük bir asteroidin aprel ayında Yer kürəsinə çox yaxınlaşacağını aşkarlayıb.
NASA-nın Kaliforniyadakı dünyanın yaxınlığında olan obyektlərini izləyən sistem tərəfindən 4,1 km-lik bu asteroidə 52,168 (1998 OR2) kodu verilib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Hətta 1 km enində olsa da qlobal yox olmaya səbəb ola bilər
Bu ölçüdə bir cisim dünyanı vurursa, insan həyatının planetimizdə davam etməsi mümkün deyil.
Alimlər bildirirlər ki, hətta 1 km enində bir asteroid qlobal səviyyədə bəşəriyyətə son gətirə bilər.
Saniyədə 8.7 km və saatda 31.320 km sürət alan asteroid 29 apreldə dünyamıza ən yaxın keçidi edəcək.
1998 OR2 ilk dəfə 1987-ci ildə Günəş ətrafında fırlanırdı və orbiti NASA tərəfindən qeyd edilib.
Nə qədər yaxın keçəcək?
NASA-nın verdiyi açıqlamaya görə, 1998 OR2 dünyaya 0.04205 astronomik vahidə yaxın məsafədə keçəcəkdir. 1 astronomik vahid Yer ilə Günəş arasındakı 150 milyon km məsafəyə qədərdir. Nəticə etibarilə asteroid 6,29 milyon km yaxınlığımızdan keçəcək.
Başqa sözlə, asteroid Yerə Aydan 16 qat uzaq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB