İndoneziya koronavirus xəstələrini göndərməyə yer tapıb Şanssızlar adası
İndoneziya hakimiyyəti Qalang adasındakı keçmiş qaçqın düşərgəsini koronavirusa yoluxmuş xəstələri müalicə etmək üçün xüsusi bir xəstəxanaya çevirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə The Jakarta Post məlumat yayıb.
Məlumata görə, İndoneziya ordusunun komandiri, hava marşalı Hadi Tçaxcanto xəstəxanadan əlavə adada karantin mərkəzi fəaliyyət göstərəcəyini söyləyib. Ümumilikdə tibb müəssisəsi min xəstəni qəbul edə biləcək.
Onun sözlərinə görə, bir ay ərzində tibb müəssisəsi ilk insanlarla görüşməyə hazır olacaq.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB