Ali Rada Aleksey Qonçaruku Baş Nazir vəzifəsindən azad edib

Ali Rada Aleksey Qonçaruku Baş Nazir vəzifəsindən azad edib

Ukrayna Ali Radası Aleksey Qonçaruku Baş Nazir vəzifəsindən azad edib. Belə ki, deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs verib. A.Qonçaruk vəzifəsindən azad edildikdən sonra hökumət üzvləri sessiyanı tərk edib.

Qeyd edək ki, A.Qonçaruk Ali Radaya istefa ərizəsi təqdim edib. Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski yeni Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb. V.Zelenski bu təkliflə “Xalqın xidmətçisi” partiyasının sessiyasında çıxış edib. İclasda partiya üzvləri Şmıqalın Baş Nazir vəzifəsinə seçilməsinə müsbət cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə