İtaliyalı turistlər qar uçqunu altında qalıblar

İtaliyalı turistlər qar uçqunu altında qalıblar

Gürcüstanda səfərdə olan italiyalı turistlər qar uçqunu altında qalıblar. SİA xəbər verir ki, Gürcüstanın Tetnuldi dağ kurortunda baş vermiş qəzada üç italiyalı turist həlak olub.

İtaliyadan olan 10 turistdən ibarət qrup qadağan olunan zonada hərəkət edib.

Əcnəbilərin altısı qar uçqununa düşüb və onların yalnız üçünün həyatını xilas etmək mümkün olub. Xilas olunanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə