Yunan polisi insanlara qarşı gözyaşardıcı qazdan istifadə edir

Yunan polisi insanlara qarşı gözyaşardıcı qazdan istifadə edir

Yunan polisi türkiyəli miqrantlara qarşı gözyaşardıcı qaz istifadə edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Yunan polisi və hərbçiləri, gözyaşardıcı qazı Türkiyə-Yunan sərhəddini keçməyə çalışan miqrantlara qarşı tətbiq edib. Qeyd olunur ki, Evros bölgəsindəki Kastanies keçid məntəqəsində hüquq-mühafizə orqanları ilə miqrantlar arasında toqquşma baş verib. Sərhəd bağlanıb, lakin bu insanların axınını dayandırmayıb.

Bir çoxları polisə gözyaşardıcı qaz bombaları və müxtəlif əşyalar atmağa başlayıb, daha sonra sərhədi keçməyə cəhd göstərilib. Onlara qarşı gözyaşardıcı qaz istifadə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə