Avropa Birliyi müdafiə agentliyinin bir rəsmisinin koronavirusa yoluxduğu təyin edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə çərşənbə günü bir Avropa media şəbəkəsi olan EURACTIV məlumat yayıb.
Məlumata görə, Avropa Birliyinin şöbələrindən biri olan Avropa Müdafiə Agentliyinin bir rəsmisinə koronavirus diaqnozu qoyulub. Diaqnoz həmin şəxsə İtaliyadan qayıtdıqdan qısa müddət sonra qoyulub və onda koronavirus olduğu təsdiqlənib.
Mediada yayılan məlumatlara görə, Avropa Müdafiə Agentliyi "qabaqlayıcı tədbir olaraq 13 Mart tarixinə qədər planlaşdırılan bütün görüşləri təxirə salıb". Agentlik işçilərinin bütün tədbirlərdə iştirakı da ləğv edilib.
Məlumdur ki, yoluxmuş həmin Avropa Birliyi rəsmisi, İtaliyadan qayıtdıqdan sonra, bir neçə gün ərzində müxtəlif görüşlərdə iştirak etməklə bir çox AB rəsmisi ilə təmasda olub.
Xatırladırıq ki, AB əvvəllər koronavirusa yoluxmuş ölkələrə səfər etməyi tövsiyə etməyib. Onu da qeyd edək ki, COVID-19 xəstəliyi Çində baş verib, xəstəlikdən 3 minə yaxın insan öldü, xəstəliyə 70-dən çox ölkədə 80 minə yaxın insan yoluxub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB