İranda koronavirusa qarşı qabaqlayıcı tədbirlər fonunda bu həftədə də cümə namazları keçirilməyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "İran İmam-cümələri Şurası"nın sədri höccətül-islam Hacı-Əli Əkbəri açıqlama verib.
O bildirib ki, bu həftədə də İranın bütün əyalət mərkəzlərində cümə namazlarının dayandırılması davam edəcək.
Qeyd edək ki, İranda hazırda koronavirusa qarşı qabaqlayıcı tədbirlər fonunda universitetlər, məktəblər, dini ayinlərin kütləvi halda keçirilməsi dayandırılıb və tətil edilib.
İranda bu virusdan indiyədək 92 nəfər həyatını itirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB