İngiltərədə irqçi hücum: Sənin koronavirusunu ölkəmizdə istəmirik! - FOTO
İngiltərənin paytaxtı Londonda təhsil alan 23 yaşlı Sinqapurdan olan tələbəyə irqçi hücum edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, tələbə koronavirusun yayılmasına görə məsuliyyət daşıdığı bəhanəsi ilə şiddətə məruz qalıb.
Çində başlayan epidemiya səbəbi ilə Asiyadan olan insanların hədəf olaraq təyin edən bir qrup şəxs İngiltərənin paytaxtı Londonda 23 yaşlı Conathan Mok adlı tələbəyə hücum ediblər.
Tələbə "Facebook" hesabı vasitəsilə yaşadıqlarını şərh edib. O hücumun fevralın 24-də axşam saatlarında Oksford küçəsində üç-dörd nəfərdən ibarət bir qrup tərəfindən edildiyini açıqlayıb. Conathan şərhinə əlavə olaraq bəzi fotolarını da paylaşıb. Fotolarda Conathanın sağ gözünün göyərdiyi və üzündə çat və cızıqların olduğu görünür.
Conathan bildirib ki, ona hücum edən şəxslər "ölkəmizdə sizin koronavirusunuzu istəmirik" şüarını səsləndirərək onu döyməyə başlayıblar:
"Oğlan məni təpikləməyə və sonra mənə bir yumruq vurmamışdan əvvəl mənə ölkəmizdə sizin koronavirusunuzu istəmirik dedi. Polis gəlməmişdən əvvəl qrup qaçdı və mən hələ də şok içində idim".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB