Ayətullah Xamnei jurnalistlərin qarşısına əlcəklə çıxdı FOTOLAR

Ayətullah Xamnei jurnalistlərin qarşısına əlcəklə çıxdı FOTOLAR

İranın ali dini lideri ayətullah Xamnei iqamətgahında ağac əkərkən ictimaiyyət qarşısına çıxaraq, jurnalistlərə müsahibə verib. SİA xəbər verir ki, jurnalistlər həmin an ayətullahın əlinə sellofan əlcəklər geyindiyini görüblər.

Xamnei jurnalistlərə bəyan edib ki, bir çox ölkələrdə koronavirus daha böyük masştablarda yayılıb, ancaq həmin ölkələr bu faktları gizlədirlər.

Onun sözlərinə görə, İran hakimiyyəti dünyadan heç nəyi gizlətmir və ölkədəki koronavirus yoluxmaları ilə bağlı yalnız həqiqəti danışır.

“Koronavirus elə də böyük fəlakət deyil, ölkəmiz bundan da betər vəziyyətləri yaşayıb. Mən demirəm ki, problem azdır, ancaq eyni zamanda masştabları böyütəmyə də gərək yoxdur”, deyə o əlavə edib.

Ayətullah Xamnei ümid edib ki, xəstələnmiş iranlılar yaxın günlərdə sağalacaqlar. O, eyni zamanda digər ölkələrdə yoluxanlara da tez sağalmaları üçün dua edib.

Bütün xəbərlər Facebook səhifəmizdə