51 min nəfər koronavirusdan sağalıb

51 min nəfər koronavirusdan sağalıb

Çində yeni növ koronavirusa yoluxmuş 51 min insan sağalıb. SİA xəbər verir ki, bu barədə Çinin Səhiyyə Nazirliyinin Milli Komissiyası məlumat yayıb.

Son 24 saat ərzində 3 minə yaxın xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb. Ümumilikdə isə virusa yoluxmuş 50821 nəfər tamamilə xəstəlikdən azad olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə