Çin alimləri koronavirusun iki tipini aşkarladılar S və L tipləri nədir?
Çinin tibbi araşdırmaçıları yeni növ koronavirusun iki tipini aşkar ediblər. Onlardan bir digərindən daha yoluxucudur. SİA xəbər verir ki, bu barədə “Beytszin jibao” nəşri Çinin elmlər akademiyasına istinadən məlumat verir.
Araşdırmaçılar eyni zamanda yeni növ koronavirusun 103 nümunəsini öyrəniblər, hansı ki, onda artıq 149 mutasiya müəyyən olunub. Virus eyni zamanda iki tipə inkişaf edib – S və L. Alimlər bu tiplərdə 101 nümunə tapıblar ki, onlardan 30% -i S tipinə, 70%-i isə L tipinə aiddirlər. Mütəxəssislər qeyd edirlər ki, ikinci tip birincidən daha yoluxucudur.
Başqa tərəfdən müəyyən edilib ki, S tipli koronavirus yarasalarda tapılmış virusla eynilik təşkil edir. Alimlər belə bir nəticəyə gəlinlər ki, həmin tip koronavirusun daha köhnə versiyasıdır.
L tipi isə Uxanda koronavirusla yoluxmaların ilkin mərhələsində yayılıb Lakin yanvar ayının ilk həftəsindən başlayaraq, o daha az rast gəlməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB